İxracın və İnvestisiyalarin Təşviqi Agentliyi-Azpromo "Avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığorta xidmətinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (VÖEN: 1400079571) olub.
Şirkətlə 4 837 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, AR Dövlət Sığorta Kommersiya Şirkəti daha öncə "Şahdağ Turizm Mərkəzi"nin "Nəqliyyat vasitələri üçün kasko sığorta xidmətləri" tenderin üzrə qalib olub (26.01.2022).