"Azerbaijan International Telecom (Azintelecom)" MMC iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, qaliblərdən biri "İnnovativ Layihələr Mərkəzi" QSC "AzIntelecom" MMC-nin təlabatına əsasən "Hökümət buludu layihəsi çərçivəsində mövcud virtual infrastruktur üçün dəstək xidmətlərinin satın alınması" tenderi üzrə qalib gəlib. Həmin şirkətə 897 505 manat ödəniləcək.
"Azintelecom" MMC-nin təlabatına əsasən "Hökümət buludu layihəsi çərçivəsində Mövcüd Müəssisə tipli yaddaş avadanlıqları üçün ehtiyyat hissələrin satın alınması" tenderini "Farah İnnovations" MMC qazanıb.
Qalib şirkətə 902 716 manat ödəniləcək.