"Azintelecom" MMC daha bir iri məbləğli nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "İnfinitech" MMC (VÖEN: 1300226131) seçilib.
Qalib şirkətə "Azintelecom" MMC-nin təlabatına əsasən "Hökümət buludu layihəsi çərçivəsində mövcud avadanlıqlar üçün texniki dəstəyin satın alınması" 2 424 993 manat ödəniləcək.
"İnfinitech" MMC daha öncə Dövlət Statistika Komitəsinin 206 913 manat dəyərindəki "Dövlət Statistika Komitəsinin 2023-cü il üçün xərclər smetasının 311150 – “Maşın və avadanlıqlar” maddəsi üzrə informasiya - kommunikasiya texnologiyaları məhsullarının və təsərrüfat avadanlığının satın alınması" tenderinin qalibi seçilib (11.08.2023).
Xatırladaq ki, "İnfinitech" MMC 22.03.2002 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 250 020 manatdır. Qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı Az1002, Bakı Şəhəri Nizami Rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107-də yerləşir