"Azərtibbtəchizat" MMC (VÖEN – 1300805321) kotirovka sorğusu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti auditor xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 3 437 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 2 fevral 2026-cı il, saat 14:00, zərflərin açılışı isə həmin tarixdə, saat 14:00-da keçiriləcək.
İştirak haqqı 10 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Nərminə Nəcəfova - Satınalma üzrə məsləhətçi
[email protected]
+994 12 596 06 98 (413)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 2 fevral 2026-cı il, saat 14:00-a qədər AZ 1009 Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, ev 43 ünvanına təqdim edə bilərlər.










