"Dayanıqlı Və Operativ Sosial Təminat Agentliyi" PHŞ tərəfindən maliyyə hesabatlarının "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları"na uyğunluğunun yoxlanması və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC olub. Müqavilənin ümumi dəyəri 100 890 manat təşkil edir. Ehtimal olunan qiymət isə 184 080 manat idi.
Qeyd edək ki, "RSM Azerbaijan" MMC bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən elan edilən tenderin də qalibi olub. Şirkət Fondun 2024-cü il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətini icra edəcək. Həmin müqavilənin dəyəri 57 820 manat təşkil edib.










