"Azərsu" ASC daha bir tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Statcontrol" MMC (VÖEN: 1805853111) olub.
Şirkətlə 999 111 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Şamaxı şəhərinin su təchizatı şəbəkəsinin texnoloji proseslərinə dispeçer nəzarəti və optimallaşdırılması üçün SCADA sisteminə inteqrasiyası işlərinin satın alınması nəzərdə tutulur.