"Azərsu" ASC “Nəqliyyat vasitələrinin və xüsusi texnikanın satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Grand Motors Company" QSC (VÖEN: 1306374771) olub. Şirkətlə 744 915 manat məbləğində müqavilə imzalanıb.
“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilib. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurub.