"Azərsu" ASC "“Azərsu” ASC-nin daxili vəsaiti hesabına Ceyranbatan Su Təchizatı İdarəsinin Ultrasüzgəcli sutəmizləyici qurğuların energetika sahəsinə aid mal-material və ehtiyat hissələrinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Rapid Services Azerbaijan" MMC şirkəti olub.
Tenderin dəyəri 311 239 manatdır.
"Rapid Srvices Azerbaijan" MMC daha öncə də "Azərsu"dan, "Bakı Metroplliteni"ndən və Samur-Abşeron Kanalının İstismarı İdarəsindən 2 tender udub.