"Azərsu" ASC növbəti iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Leading Supply Solutions" QSC şirkəti olub.
Qalib şirkətə "Ceyranbatan Su Təchizatı İdarəsinin Ultrasüzgəcli sutəmizləyici qurğularının nasos və ehtiyat hissələrinin satın alınması" tenderi üzrə 2 579 083 manat, "“Azərsu” ASC-nin energetika və mexanika sahələri üçün lazım olan mal-material, avadanlıq və ehtiyat hissələrinin satın alınması" tenderi üzrə 484 299 manat, ümumilikdə 3 063 382 manat ödəniləcək.