"Azərsu" ASC "Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması" ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Masdi" MMC şirkəti olub.
Qalib şirkətə 2 570 255 manat ödəniləcək.
Qeyd edək ki, "Masdi" MMC daha öncə də həmin qurumun 163 490 manat dəyərindəki "Nəqliyyat vasitələri və xüsusi texnikalar üçün süzgəclərin satın alınması" tenderinin qalibi olub (01.07.2022).