"Azərsu" Şamaxı rayonunun Meysəri kəndinin su ilə tam təchizatı işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
Tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900001751
Satınalan təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Satınalma predmeti: Şamaxı rayonunun Meysəri kəndinin su ilə tam təchizatı işlərinin satın alınması
ÜSL kod (kateqoriya): 65111000-4 İçməli su paylanması,
Müsabiqənin başlama tarixi və vaxtı: 11.04.2023 10:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 04.05.2023 18:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 16.05.2023 18:00
Çatdırılma yeri - "Azərsu" ASC
Çatdırılma müddəti - il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər
Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (Əlavə №18)
Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat
Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatı (əgər varsa)
İxtisas göstəriciləri:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (2 oxşar müqavilə)
İddiaçının əsas işçi heyəti barədə məlumat (Əlavə №11), avadanlığı və texnikası barədə məlumatlar-tenderin əsas şərtlər toplusunun əlavəsi olan işçi layihələrdə nəzərdə tutulan texnikaların mövcudluğunu təsdiq edən təsdiq edici sənədlər təqdim olunmalıdır (Əlavə №12)
İddiaçının son iki ildəki maliyyə vəziyyəti haqqında bank arayışının əsli – son bir il (01 yanvar 2021 – 31 dekabr 2022) ərzində ən azı 200 000 (ikiyüz min) min AZN dövriyyə tələb olunur
Son üç il (01 yanvar 2020 – 31 dekabr 2022) ərzində ümumi məbləği 250 000 min AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı bir sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər (işlərin ən azı 80%-nin uğurla yerinə yetirilməsi yetərli hesab edilir) (Əlavə №7)
İddiaçı sərbəst maliyyə imkanlarına (ən azı 200 000 AZN) malik olması (təsdiq edici sənədlər təqdim olunmalıdır: sərbəst maliyyə resursları və ya bankın zamin olduğu kredit məbləği)
İddiaçının əleyhinə məhkəmə çəkişmələri və arbitraj məhkəməsinin qərarları İddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır (Əlavə №9);
01 yanvar 2018-ci ildən tarixindən İddiaçının öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində Müqavilənin yerinə yetirilməməsi hallarının mövcud olmadığını təsdiq edən məlumat (Əlavə №10)
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ümumi olaraq ən azı 2000m (DN 160) su şəbəkəsinin tikintisi üzrə məlumat və təsdiq edici sənədlər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Məmmədyar Musayev, mühəndis
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 431-47-67/87 -2288