“Azərsu” ASC “Bakı SK idarəsinin 3(4) saylı KNS- də təmir işlərinin aparılması üçün lazım olan mal-material və avadanlığın satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Şimal Servis" QSC (VÖEN: 1304582641) olub. Şirkətlə 425 960 manat məbləğində müqavilə imzalanıb.
"Şimal Servis" QSC daha öncə də qurumdan 898 833 manat dəyərindəki ““Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına tikinti mal-materiallarının satın alınması” tenderi üzrə müqavilə imzalanıb (08.02.2023).
Xatırladaq ki, “Şimal Servis” Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir. Şirkət distribusiya və lizinq xidmətləri də daxil olmaqla geniş çeşiddə məhsul və xidmət spektri təklif edir.