"Azərsu" ASC qiymətləndirmə xidməti ilə bağlı kotirovka sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "AzFinance and Consulting" MMC olub.
Qalib şirkət 27 848 manat ödəniləcək.
Qeyd edək ki, sorğuda “Azərsu” ASC-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2022-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 31.12.2022-ci il tarixinə əsas vəsaitlərin qiymətdəndüşməyə testləşdirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Planlaşdırma • Görüləcək işin əhatə dairəsi ilə bağlı müzakirələrin aparılması; • Müvafiq məlumatlarla bağlı sorğuların göndərilməsi; • Vaxt cədvəllərinin bolüşdürülməsi. İşlərin yerinə yetirilməsi • Yerli uçot əsasında hazırlanmış əsas vəsaitlərin siyahısının analizi; • 2022-ci ildə əvəzsiz alınmış əsas vəsaitlərin siyahısının əldə olunması və əsas vəsaitlərin qiymətləndirilməsi; • 2022-ci ildə əvəzsiz alınmış əsas vəsaitlərin faydalı istifadə müddətlərinin təyin edilməsi; • Əsas vəsaitlərin gələcək faydalarını müəyyənləşdirmək üçün növbəti illərin büdcə proqnozlarının əldə olunması və həmin büdcə əsasında Cəmiyyətin gələcək fəaliyyəti dəyərinin hesablanması; • 31 dekabr 2022-ci il tarixinə Cəmiyyətin bütün əsas vəsaitlərinin qiymətdəndüşmə testləşdirilməsi. Hesabat • Hesabatların ilkin formada təqdim olunaraq müzakirə olunması; • Yekun hesabatların tərtib olunması.