"Azərsu" ASC 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
Eləcə də bax: KOBİA məsləhət almaq üçün 280 min manat - ÖDƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar ilkin sənədlərifevralın 24-ü, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 4-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi martın 7-də, saat 16:00-da portalda açıqlanacaq.