Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Yerli İdarəetməyə Yardım İctimai Birliyi ilə müqavilə bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə “Yevlax şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətinin davam etdirilməsi üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara və startaplara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 280 229 manatdır.