"Azərsu" ASC maliyyə hesabatlarının yoxlanılması və təhlil xidmətləri ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "SR Audit Solutions" MMC (VÖEN: 1803439741) olub.
Şirkətlə 218 300 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, tenderdə cəmiyyətin 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının yoxlanılması və aparılmış maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluluğunun təhlili xidmətlərinin satın alınması nəzərdə tutulur.