"Azərsu" ASC növbəti iri məbləğli tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Protean Construction" ASC və “Hovers Group” MMC birgə müəssisəsi olub.
Qalib şirkətə 15 720 540 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin satın alınması nəzərdə tutulur.