Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərkosmos" ASC maliyyə hesabatlarının beynəlxalq standartlara (IFRS) uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.
Qalib şirkətə 34 min manat ödəniləcək.