Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının küçə və prospektlərində ayırıcı zolaqların işarələnməsi xidmətlərinin dönişinə 1,5 milyon manatdan artıq vəsait yönəldəcək.
Eləcə də bax: "Bakı Metropoliteni"nin 3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, 1№-li Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 1 milyon 557,815 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.