"Azərkosmos" agentliyi "Könüllü tibbi sığorta xidmətinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Azərbaycan Sənaye Sığorta" ASC olub.
Şirkətlə 88 min 750 manat məbləğində müqavilə imzalanıb.
Şirkət bundan əvvəl Dövlət Reklam Agentliyinin Baş Reklam İdarəsinin 130 min 572 manat dəyərindəki eyni adlı tenderini qazanıb.
Əlavə məlumat üçün qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılıb və onu hüquqi varisidir.
2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən cəmiyyətin təşkilati-hüquqi forması dəyişdirilərək “Açıq Səhmdar Cəmiyyət” olub.
125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılıb.