“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) mülki məsuliyyətinin sığortalanması üzrə müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər təkliflərini yanvarın 13-ü, saat 17:00-a qədər təqdim edə bilərlər.
Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Maraqlanan təşkilatlar (012) 404-37-00, daxili: 1132 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Ünvan- Bakı, Mikayıl Useynov küçəsi 2.