Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid balansının auditi və 2021-ci il üçün maliyyə hesabatlarının illik audit xidmətinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətlə 76 min 110 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Sahibkarlığın İnkişafı Fondunun 47 min 200 manat məbləğində “2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditi xidmətlərinin satnalınması” tenderinin qalibi seçilib (15.11.2022).