Dövlət Kontrakt Korporasiyası "Azərkonrtrakt" ASC bir-birinin ardınca 5 tender üzrə nəticələri açıqlayıb.
FED.az xəbər verir ki,"Azərkontrakt" ASC tərəfindən "Lokal şəbəkəyə qoşulmuş İKT avadanlıqlarına, məlumat mərkəzində olan server avadanlıqlarına müşayiət xidmətinin, IP telefoniya sistemi və 1C mühasibatlıq-kadr uçotu üzrə 1 illik lisenziyanın (istifadə hüququnun)" satın alınması üzrə təkliflər sorğusu vasitəsilə keçirilən prosesdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib, "AZSOFT" MMC qalib elan edilmiş və həmin təşkilatla ƏDV daxil 162 min 840 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanılıb.
"Cəmiyyətin inzibati binasında lokal şəbəkənin, video müşahidə sisteminin qurulması, İstifadəçi kompüterlərinin, notebooklarının, proyektor və böyük ölçülü monitorların, IP telefon aparartları"nın satın alınması üzrə elan edilmiş təkliflər sorğusu vasitəsilə keçirilən prosesdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib, "BAKİNİTY DİSTRUBİTİON" MMC qalib elan edilib və həmin təşkilatla ƏDV daxil 281 min 499,62 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanılıb.
"Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışı üzrə informasiya sisteminin qurulması işləri"nin satın alınması üzrə" elan edilmiş təkliflər sorğusu vasitəsilə keçirilən prosesdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib, "AİSTGROUP" MMC qalib elan edilib və həmin təşkilatla ƏDV daxil 295 min manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanılıb.
"Jalüzlərin və pərdələrin alınması və quraşdırılması işləri"nin satın alınması üzrə 2022-ci il 28 oktyabr tarixində www.etender.gov.az portalında elan edilmiş təkliflər sorğusu vasitəsilə keçirilən prosesdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, fiziki şəxs Məhərrəmov Vüqar Fayaz oğlu qalib elan edilmiş və həmin şəxslə 24 min 235 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanılıb.
"Ofis mebelləri"nin satın alınması üzrə 2022-ci il 27 oktyabr tarixində elan edilmiş təkliflər sorğusu vasitəsilə keçirilən prosesdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib, “ZİVELLA MOBİLYA İNŞAAT SANAYİ TİCARET LİMİTED” Şirkərinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qalib elan edilib və həmin təşkilatla ƏDV daxil 294 min 799,40 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanılıb.