"Azərişıq" ASC "0,4-35kV elektrik xətlərində cərəyan axınının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materiallar" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Electro Service" QSC (VÖEN: 1504224741) olub.
Qalib şirkətlə 4 270 593 manat məbləğində müqavilə imzalanıb..
Qeyd edək ki, "Electro Service" QSC daha öncə də"Azərenerji" ilə "Müxtəlif növ elektrik malları" tenderi üzrə 2 276 643 manatlıq (03.08.2022) və "Müxtəlif növ xüsusi geyimlər" tenderləri üzrə 1 670 412 manatlıq (28.06.2022) satınalma müqaviləsi imzalayıb.