Bakı Baş Səhiyyə Mərkəzi ( VÖEN: 1400125591) "Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin binalarına və isitmə sistemlərinin cari təmir xidmətinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "SM Construction Supplies" MMC (VÖEN: 1404327661) seçilib.
Təmir xərclərinnin dəyəri 2 067 018 manatdır.
Qeyd edək ki,şirkət daha öncə Bakı Nəqliyyat Agentliyindən 2 340 394 manat dəyərindəki "Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması; Mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması; habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması" tenderi üzrə qalib seçilib (18.11.2022).