"Azərişıq" ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110/35/6 kV-luq "Gəncə-2" və 110/35/6 kV-luq "Daşkəsən" yarımstansiyaları arasında 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi (1), eləcə də Daşkəsən rayonunun ərazisində yerləşən mövcud 110/35/6 kV-luq “Daşkəsən” yarımstansiyasının, 2x40 MV/A gücündə yenidən qurulması işlərinin satın alınması (2) ilə bağlı elan etdiyi iki açıq tenderə yekun vurub.
Eləcə də bax: Məşhur holdinq iri tenderləri udmağa başlayıb - 3 AYDA 8 MİLYON MANAT
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Enerji Construction” və "Msdis Holding" MMC-lərdir.
Qalib şirkətlərə "Azərişıq" müvafiq olaraq 14 milyon 417,3 min manat və 15 milyon 558,3 min manat, ümumilikdə isə 29 milyon 975,6 min manat xərcləyəcək.
Eləcə də bax: Azərbaycanda 4 milyon manatlıq - Böyük Tenderin Qalibi Məlum Oldu
Qeyd edək ki, “Enerji Construction” 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı olub. O, ötən ilin yanvar ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib.
"Msdis Holding" 2020-ci il iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,572 milyon manat, qanuni təmsilçisi isə Mirfəyyaz Oktay oğlu Nağıyevdir.
"MSDIS Holdinq" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşan şirkətlər qrupudur. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil", Asfalt zavodu və karyer sahələridir. (Report)