Azərbaycanda son vaxtlar aktivləşən biznes qruplarından olan «MSDİS Holdinq» dövlət satınalmalarında iri tenderlər qazanmağa başlayıb.
Mədəniyyət Nazirliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, şirkətin adı dövlət satın almalarında ilk dəfə aprelin sonunda görünüb.
İyunun əvvəlindən isə «MSDİS Holdinq» satınalmalarda aktiv şəkildə istifadə edib və 3 aydanda az müddətdə 8 milyon manata yaxın tenderin qalibi olub.
Şirkət ən çox Sumqayıt və Abşeron rayonlarındakı satınalmalarda aktivlik göstərir.
Belə ki, indiyədək formalaşan 7,8 milyon manatlıq satınalma portfelinin 4,9 milyon manatı məhz Sumqayıtda keçirilən tenderlərin, 1,5 milyon manat isə Abşeron rayonunda keçirilən tenderlərin payına düşüb.
Bundan başqa, «MSDİS Holdinq» Siyəzən və Qəbələdə də ümumi məbləği 1 milyon manat olan tenderlər qazanıb.