"Azərişıq" ASC "Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Cəbrayıl" Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması" tenderini yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Şans Construction" MMC olub. Şirkətlə 5 948 881 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, "Şans Construction" MMC (VÖEN: 1604416281) bundan əvvəl də "Azərişıq"dan "Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Aşağı Surra kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri" tenderi üzrə 2 618 002 manatlıq (05.11.2022) və "Zaqatala rayonu ərazisində yerləşən 110/35/10 kV-luq "Zaqatala" yarımstansiyasının 2x25 MVA gücündə yenidən qurulması işləri (TƏKRAR ELAN)" tenderi üzrə 6 453 406 manatlıq sifariş alıb (15.09.2022).