"Azərişıq" ASC "“Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Enerji Təchizat 2020" MMC (VÖEN: 1504948111) olub.
Şirkətlə 9 298 400 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də "Azərişıq"dan 9 778 837 manat dəyərində "Müxtəlif tipli sayğacların satın alınması" tenderi üzrə sifariş alıb (30.03.2021).