"Azərişıq" ASC Abşeron rayonu Türkan üzümçülük sovxozunun, Abşeron rayonu 1 saylı Hövsan zeytunçuluq sovxozunun ərazisində yerləşən Aqroparkın suvarma sisteminin və Xətai rayonu 2 saylı Zığ zeytunçuluq sovxozunun, Abşeron rayonu Türkan üzümçülük sovxozunun ərazisində yerləşən qeyri yaşayış sahələrinin xarici elektrik təchizatı işlərinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi ""İNTEGRAS" MMC şirkəti olub. Şirkətlə 700 min 833 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl qurumun 2 milyon 010 min 605 manat dəyərindəki “Xocavənd rayonu, Tuğ (Binə kəndi) və Zəngilan rayonu ərazisində tikintisi planlaşdırılan Kompleksin xarici elektrik təchizatı işləri ” (13.06.2022) tenderini qazanıb.