Bakı Apellyasiya Məhkəməsi " Bakı Apellyasiya Məhkəməsi üçün yeni korpusun tikintisi işləri " tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "TNN" QSC şirkəti olub. Şirkətlə 3 milyon 595 min 478 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin 2 milyon 114 min 871 manat dəyərindəki ““Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisi” (Viravulçay çayı)” (14.10.2022) tenderini qazanıb.