"Azərişıq" ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə "Qaradağ rayonu, Ələt qəsəbəsi, Azad İqtisadi Zonanın ərazisində 110/35/6 kV-luq "AİZ-1" yarımstansiyasının və idarəetmə mərkəzinin tikintisi" işlərinin satın alınması nəzərdə tutulur.
Tender 1 (bir) LOT üzrə keçirilir: LOT-1: "Qaradağ rayonu, Ələt qəsəbəsi, Azad İqtisadi Zonanın ərazisində 110/35/6 kV-luq "AİZ-1" yarımstansiyasının və idarəetmə mərkəzinin tikintisi" işlərinin satın alınması
İştirak haqqı - 1500 manatdır.
"Azərişıq" ASC Hesab: AZ83AIIB33020029441802068118 VÖEN: 9900069391 Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı Kod: 200189 VÖEN: 9900003611 Müxbir hesab: AZ37NABZ01350100000000001944 SWIFT Code: AIIBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. Əlaqələndirici şəxs: Namik Heybətov Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19) Elektron poçt: [email protected] Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009 Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişıq" ASC-nin inzibati binasından ala bilərlər. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).
4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədlərin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış.
8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.
9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki).
10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat.
11. Podrat müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını təsdiq edən sənəd.
12. Müvafiq lisenziya və icazələr.
13. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).
15. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
16. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25.07.2023-cü il saat 15:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 02.08.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 03.08.2023-cü il saat 15:00-da Mirzağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq" ASC-nin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.