Tovuz rayonu ərazisində 110/35/10 Kv "Tovuz Şəhər" yarımstansiyasının 2x25 MVA gücündə yenidən qurulması, giriş-çıxış xətlərinin köçürülməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 850 manatdır.
"Azərişıq" ASC Hesab No: AZ83AIIB33020029441802068118 VÖEN: 9900069391 Benefisiarın Bankı: "Kapital Bank"ın Gənclik filialı Kod: 200189 VÖEN: 990000361
Müxbir hesab No: AZ37NABZ01350100000000001944 SWIFT Code: AIIBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. Əlaqələndirici şəxs: Namik Heybətov Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19) Elektron poçt: [email protected] Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişıq" ASC-nin inzibati binasından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir);
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir);
- iddiaçının Dövlət Statistika Komitəsindən sahibkarlıq kateqoriyası haqqında arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki);
- müvafiq lisenziya və icazələr;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- iddiaçının fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;
- iddiaçının analoji işlərdə obyektlərin tikintisi üzrə baş podratçı qismində həyata keçirdiyi və tətbiq etdiyi uğurlu ən azı 3 layihənin bitməsinə dair tövsiyə məktubunun və apardığı layihənin ilk və sonuncu sənədlərinin surəti;
- podrat müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını təsdiq edən sənəd;
- iddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06.07.2023-cü il saat 15:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 17.07.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 18.07.2023-cü il tarixində saat 15:00-da Mirzağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq" ASC-nin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.