"AzerGold" QSC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Balakən rayonunun inzibati ərazisində yerləşən Filizçay yatağında və Qonaq evində əmələ gələn çirkab suların daşınması və zərərsizləşdirilməsinə dair xidmətlərin satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – Tələb olunmur.
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin siyahısı (Qiymət Cədvəli)
|
Xidmətlərin adı |
Ölçü vahidi |
Miqdarı |
Vahidin qiyməti (manatla) |
Ümumi məbləğ (manatla) |
1 |
Balakən rayonunun inzibati ərazisində yerləşən Filizçay yatağında əmələ gələn çirkab suların daşınması və zərərsizləşdirilməsi |
reys |
24 |
|
|
2 |
Balakən rayonunun inzibati ərazisində yerləşən Qonaq evində əmələ gələn çirkab suların daşınması və zərərsizləşdirilməsi |
reys |
24 |
|
|
Cəmi: |
|
||||
ƏDV (18%): |
|
||||
Yekun: |
|
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 26 yanvar 2024-cü il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Satınalma prossesində iştirak etmək üçün malgöndərənlərin ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir:
1. Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
a. Bu QTSŞ-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
b. Bu QTSŞ-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
c. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış; 6. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı” - əsli və ya notarial qaydada təsdiq olunmalıdır;
7.Azərbaycan Respublikasında vergilərə və məcburi dövlət sosial sığorta haqlarına dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin (borcun) olmaması haqqında müvafiq vergi orqanından arayış– arayış təklifin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 26 yanvar 2024-cü il saat 16:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.