"AzerGold" QSC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda qızıl və gümüşün analiz nəticələri arasında yaranmış fərqləri təhlil edərək analizlərin aparılmasına dair tövsiyə olunan metod(lar) barədə elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 23 avqust 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notariat qaydasında təsdiq olunmalıdır.)
- İSO 9001-2015 Keyfiyyəti idarəetmə sistemləri üzrə beynəlxalq sertifikat
- İSO 17025:2017-Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair sertifikat
- Qızıl və gümüşün analiz olunmasına dair 10 illik təcrübə (təsdiqedici sənədlər təqdim olunmaqla)
- Qızıl və gümüşün analizi üzrə ən azı 5 illik təcrübəyə malik işçi heyətinə malik olmalıdır (təsdiqedici sənədlər əlavə olunmalıdır (cv və s.) və səriştəlilik testlərində (Etalon (tərkibi öncədən bilinən) nümunələrin analizi) iştiraka dair sertifikat təqdim olunmalıdır
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin siyahısı (qiymət cədvəli)
Xidmətlərin adı |
Ölçü vahidi |
Miqdar |
|
1. |
Qızıl və gümüşün analiz nəticələri arasında yaranmış fərqləri təhlil edərək analizlərin aparılmasına dair tövsiyə olunan metod(lar) barədə elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsi xidmətinin satın alınması |
Dəfə |
1 |
- İcraçı Müqavilə qüvvəyə mindikdən və müvafiq analiz nəticələri Sifarişçi tərəfindən İcraçıya təqdim edildikdən sonra 30 iş günü ərzində müxtəlif metodlarla aparılmış analiz nəticələrini təhlil edərək təhlilin nəticələrinə dair hesabat, Müqavilə qüvvəyə mindikdən və müvafiq analiz nəticələri Sifarişçi tərəfindən İcraçıya təqdim edildikdən sonra 40 iş günü ərzində isə tövsiyə olunan analiz metoduna dair təkliflərini özündə ehtiva edən təqdimatı kağız daşıyıcıda Sifarişçiyə təhvil verməlidir.
- İcraçı ilk olaraq statisktik nəticələri analiz etməli, Hər iki laboratoriyaların prosesləri (külçə tökümü zamanı nümunə götürülməsi, nümunəsinin analizi, külçələrin əridilməsi və s.) tanış olub, yaranmış fərqlərin aradan qaldırılması üçün əsaslandırılmış təkliflər verməlidir.
- Satınalma müqaviləsi üzrə avans nəzərdə tutulmayıb.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 24 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 25 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.