"AzerGold" QSC qiymət təklifi sorğusuna dəvət edir.
FED.az xəbər verir ki, sorğuda qurğu və avadanlıqların pasportlarının tərtib edilməsi, təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün texniki təhlükəsizlik sertifikatının alınması üçün zəruri olan sənədlərin toplanması və digər əlaqəli xidmətlərin satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 16 avqust 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
- Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyanın (əlavəsi ilə birlikdə) notarial qaydada təsdiq edilmiş surəti
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
- Xidmətlər, Azərbaycan Respublikası Daşkəsən rayonu Çovdar Filiz Emalı Sahəsi, Ağyoxuş sahəsi və Balakən rayonu Köhnəmədən sahəsində istismar olunan qurğu və avadanlıqlara İcraçı tərəfindən göstərilməli, İcraçı Xidmətlərin göstərilməsi məqsədilə müvafiq qurğu və avadanlıqlara yerində baxış keçirməli və Sifarişçiyə Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında yerləşən inzibati binasında kağız daşıyıcıda təhvil verməlidir.
- Xidmətlər müqavilə imzalandıqdan sonra Sifarişçinin yazılı sifarişi əsasında göstərilməyə başlanmalı və 3 (üç) ay müddətində tam şəkildə başa çatdırılmalıdır.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 17 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 18 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.