"AzerGold” QSC tender elan edir.
FED.az xəbər verir ki, elanda yanğın təhlükəsizliyi, habelə digər zəruri malların alınması və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 13 oktyabr 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Tenderdə iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan işlər haqqında məlumat;
- İşlərin təhvil verilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- “Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi”nə dair lisenziyanın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Malların siyahısı:
№ |
Malların adı |
Ölçü vahidi |
Miqdarı |
1 |
Zəhərli sürünənlərə və həşəratlara qarşı maddə (snake away) |
kq |
40 |
2 |
Sahədə azdıqda yeri göstərmək üçün tüstü buraxan əl avadanlığı |
ədəd |
8 |
3 |
Radiasiya ölçən cihaz üçün enerji adapter (DCA 909) |
ədəd |
|
4 |
Yanğın hidrantı üçün şlanq (diametri-51mm, uzunluğu 16 metrdən az olmayaraq, şlanqın üzü və içi rezin örtüklü) |
ədəd |
10 |
5 |
Yanğın hidrantının şlanq başlığı (“B” lüləli, kranlı ( 3.5 l/s) |
ədəd |
20 |
6 |
Yanğın lövhəsi (rəng qırmızı, hündürlük- 1.5 m, eni-0.8 m, qum qutusunun həcmi-0.5 m3) |
ədəd |
5 |
7 |
İlan qovan aparat (təsir dairəsi – 800-900 kv m, günəş enerjisi ilə işləyən) |
ədəd |
5 |
8 |
Quş qovan
Səs dalğasının əhatə radiusu: 300 m İş rejimi: 24 saat (sutkalıq) İş prinsipi: günəş paneli və elektrik Hədəf canlı: Quşlar
|
ədəd |
3 |
9 |
Quş qovan avadanlığın quraşdırılması |
ədəd |
3 |
- Mallar İcraçı tərəfindən Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsinə çatdırılmalı, boşaldılmalı,quraşdırılmalı və Sifarişçiyə təhvil verilməlidir.
- İcraçı Malları Müqavilə imzalandıqdan 2 (iki) ay ərzində Çovdar Filiz Emalı Sahəsinə çatdırmalı, boşaltmalı, quraşdırmalı və Sifarişçiyə tam həcmdə təhvil verməlidir.
Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 30 oktyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender üzrə təklif zərflərinin açılışı 31 oktyabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.