“AzerGold” QSC qurumun inzibati binasında işləyən işçilərin daşınması xidmətinin satın alınması ilə bağlı açıq tender elan edir.
Satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 13 oktyabr 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Tenderdə iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan işlər haqqında məlumat;
- İşlərin təhvil verilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı – 150 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
s/s |
Xidmətin təsviri |
N/v-də mövcud olmalıdır |
Reys sayı |
1 |
Avtobus 50 nəfərlik çatdırılma: 20 yanvar metro stansiyası 08:10 - Elmlər Akademiyası 8:30 – “Azergold” QSC 08:50 - çıxma: 18:10 “Azergold” QSC - Elmlər Akademiyası - 20 yanvar metro stansiyası istiqamətində hərəkət edəcək |
Kondisioner/isidici/od söndürən balon 4kg-2əd/ilk yardım çantası/təhlükəsizlik kəmərləri hər oturacaqda |
270 |
2 |
Avtobus 50 nəfərlik çatdırılma: Həzi Aslanov 07:40 - 28 May metro stansiyası 08:20 - “Azergold” QSC 8:50 - çıxma: 18:10 “Azergold” QSC - 28 May - Həzi Aslanov metro stansiyası istiqamətində hərəkət edəcək |
Kondisioner/isidici/od söndürən balon 4kg-2əd/ilk yardım çantası/təhlükəsizlik kəmərləri hər oturacaqda |
270 |
3 |
Avtobus 25 nəfərlik çatdırılma: 20 yanvar metro stansiyası 08:10 - Elmlər Akademiyası 8:30 - “Azergold” QSC 08:50 - çıxma: 18:10 “Azergold” QSC - Elmlər Akademiyası - 20 yanvar metro stansiyası istiqamətində hərəkət edəcək |
Kondisioner/isidici/od söndürən balon 4kg/ilk yardım çantası/təhlükəsizlik kəmərləri hər oturacaqda |
270 |
4 |
Avtobus 25 nəfərlik çatdırılma: Həzi Aslanov 07:40 - 28 May metro standiyası 08:20 - “Azergold” QSC 8:50 - çıxma: 18:10 “Azergold” QSC - 28 May - Həzi Aslanov metro stansiyası istiqamətində hərəkət edəcək |
Kondisioner/isidici/od söndürən balon 4kg/ilk yardım çantası/təhlükəsizlik kəmərləri hər oturacaqda |
270 |
- İcraçı Xidmətlərin icrasına Müqavilə imzalandıqdan sonra Sifarişçinin yazılı sifariş(lər)i əsasında başlamalı və belə yazılı sifariş(lər)in verildiyi tarixdən və ya belə yazılı sifariş(lər)də müəyyən edilən tarixdən etibarən 12 (on iki) ay ərzində Xidmətləri icra etməlidir.
Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 30 oktyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender üzrə təklif zərflərinin açılışı 31 oktyabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.