"Azərenerji"nin tenderinin müddətində dəyişiklik edilir.
FED.az xəbər verir ki, "Azərenerji" ASC tərəfindən 06.02.2023-cü il və 17.02.2023-cü il tarixlərində elan edilmiş * 330/110/10 kV-luq "Ələt Azad İqtisadi Zona" Yarımstansiyanın tikintisi, "Qobu" Elektrik Stansiyasının 330 kV-luq Açıq Paylayıcı Qurğuda və "Cənub" Elektrik Stansiyasının 330 kV-luq Qapalı Paylayıcı Qurğuda genişlənmə tədbirlərinin icrası, yeni xətt üçün əlavə 330 kV-luq yuvaların quraşdırılması işlərinin satın alınması;
* 330 kV-luq "Qobu Elektrik Stansiyası - Ələt AİZ Yarımstansiyası" Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması; * 330 kV-luq
"Cənub Elektrik Stansiyası - Ələt AİZ Yarımstansiyası" Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması məqsədilə müsabiqələrin müddəti podratçının sorğusuna əsasən uzadılır. İddiaçıların tenderdə iştirak etmək üçün sənədlərin son təqdim olunma tarixi (tender təklifi və bank təminatı istisna olmaqla) 04 iyul 2023-cü il saat 15:00-dək uzadılır.
Bank təminatının və tender təklifinin son təqdim olunma tarixi 12 iyul 2023-cü il saat 15:00-dək uzadılır. İddiaçıların tender təkliflərinin açılışı 13 iyul 2023-cü il saat 15:00 tarixinə keçirilir. Tender təklifləri Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanda (onlayn qaydada) açılacaqdır.