"Azərenerji" müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının servis xidmətinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900000421
Satınalan təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10
Müsabiqənin başlama tarixi və vaxtı: 05.06.2023 17:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.06.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 09:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 09:00
Mallar və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, elektron qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - “Müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının ehtiyat hissələrinin əvəz olunması, təmiri və servis xidməti” “Azərenerji” ASC-nin müxtəlif MMC-lərinin ərazisindən götürüb, təmir etdikdən sonra müvafiq MMC-yə qaytarılıb yerinə quraşdırılmasını və təhvil verilməsi
Çatdırılma müddəti -Sifariş edilən vaxtdan ən gec 3 gün müddətinə çatdırılmalıdır.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış.
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış
İxtisas göstəriciləri:
İddiaçının anoloji işlərdə təcrübəsi haqqında məlumatlar: bağlanmış müqavilələr, predmeti, sifarişçi və tarixi göstərilməklə təsdiqlənmiş cədvəl formasında
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat
"İddiaçı”nın son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar
Təhvil verilən “Müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının ehtiyat hissələrinin əvəz olunması, təmiri və servis xidməti” işlərinə , istismar müddəti ərzində zəmanət ən azı 6 (altı) ay olmalıdır.
Müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının ehtiyat hissələrinin əvəz olunması, təmiri və servis xidmətinin" çatdırılma müddəti ƏŞT-da göstərildiyi kimi sifariş edilən vaxtdan həcmindən asılı olmayaraq ən gec 3 gün ərzində olmalıdır.
Tender təklifi
Qiymət təklifi: 90 bal
Tender təklifinin qiymətinin təsviri
90 bal
Tender təklifinin qüvvədə olma müddəti
Tender təklifinin təminatının məbləği
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Texniki təklif: 10 bal
Müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının ehtiyat hissələrinin əvəz olunması, təmiri və servis xidmətinin" çatdırılma müddəti ƏŞT-da göstərildiyi kimi sifariş edilən vaxtdan həcmindən asılı olmayaraq ən gec 3 gün ərzində olmalıdır. Bundan artıq müddətə çatdırılma vermiş iddiaçıların tender təklifləri qiymətləndirməyə alınmır.
10 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Həmid İsazadə, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012) 490-09-27; 598-05-56