"Azərenerji" ASC "Müxtəlif növ elektrik mallarının satınalınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Electro Service" QSC (VÖEN: 1504224741) olub.
Tenderin dəyəri 4 209 466 manatdır.
Qeyd edək ki, qurum "Azərenerji"dən "Müxtəlif növ elektrik malları" tenderi üzrə 2 276 643 manatlıq (20.07.2022) və "Müxtəlif növ xüsusi geyimlər" tenderi üzrə 1 670 412 manatlıq (01.06.2022) sifariş alıb.