"Azərenerji" ATSC qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sisteminin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900000421
Satınalan təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10
Müsabiqənin başlama tarixi və vaxtı: 14.06.2023 17:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.07.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.07.2023 09:00
Zərflərin açılış tarixi və vaxtı: 20.07.2023 09:00
Çatdırılma yeri - "Azərenerji" ASC, Bakı şəhəri, Səbail rayonu, ak.Əbdülkərim Əlizadə küçəsi, 10
Çatdırılma müddəti - Ən gec 250 iş günü ərzində çatdırılmalıdır.
Ödəniş şərtləri -Mallar (xidmətlər) və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, elektron qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış
İxtisas göstəriciləri:
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat
"İddiaçı”nın son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar
Təhvil verilən bütün mallar və xidmətlər üçün tələb olunan zəmanət ən azı 1 (bir) il olmalıdır. Həmçinin, şirkət tərəfindən 1 (bir) il ərzində ödənişsiz texniki xidmət göstərilməsi tələb olunur.
Malların və xidmətlərin çatdırılma müddəti ƏŞT-da göstərildiyi kimi sifariş edilən vaxtdan sonra ən gec 250 iş günü ərzində olmalıdır.
İddiaçının analoji işlərdə müqavilələrinin ümumi dəyəri 1 000 000 (bir milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədləri (təsdiqlənmiş müqavilə, akt, qaimə, Forma 2, Forma 3 və s.) təqdim olunmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Azad Məmmədov, Baş mütəxəssis
Email:[email protected]
Əlaqə telefonu: (012) 598-26-96, 490-09-27;
- Cari sistemin məlumatlarının saxlanılmaq şərti ilə yeni statik sistemə çevrilməsi; - Sorğular və iş əmrləri modulu; - Bildiriş modulu; - Anbar (1C ilə inteqrasiya); - Hesabat modulu; - Əsas göstəricilər modulu (Dashboard); - SMS Login; - İdarə strukturu modulu.