"Azərenerji" ATSC müxtəlif növ elektrik mallarının satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900000421
Satınalan təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10
Müsabiqənin başlama tarixi və vaxtı: 02.06.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.06.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 09:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 09:00
Mallar və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, elektron qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - Sifarişə uyğun olaraq “Azərenerji” ASC-nin Respublika ərazisi üzrə yerləşən müxtəlif MMC-lərin mərkəzi anbarları
Çatdırılma müddəti -
Sifariş edilən vaxtdan ən geci 10 gün müddətinə çatdırılmalıdır.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış.
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış
İxtisas göstəriciləri:
İddiaçının anoloji işlərdə təcrübəsi haqqında məlumatlar: bağlanmış müqavilələr, predmeti, sifarişçi və tarixi göstərilməklə təsdiqlənmiş cədvəl formasında
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat
"İddiaçı”nın son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar
Təhvil verilən müxtəlif növ elektrik malları üçün tələb olunan anbar şəraitində saxlama müddəti istehsal olunduğu tarixdən ən azı 3 (üç) il, istismar müddəti ərzində zəmanəti isə 2 il olmalıdır.
Malların çatdırılma müddəti ƏŞT-da göstərildiyi kimi sifariş edilən vaxtdan həcmindən asılı olmayaraq ən gec 10 gün ərzində olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Həmid İsazadə, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012) 490-09-27; 598-05-56