"Azərenerji" ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 110 kV-luq ikidövrəli Cəbrayıl-Qubadlı EVX-nin bir dövrəsinin 110/35/10 kV-luq Laçın şəhər yarımstansiyasına giriş hissəsinin tikintisinin elektrik quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 3 000 (üç min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56. Hesab: AZ35AIIB33020019441024659102 VÖEN: 9900000421 Bank: "Kapital Bank" ASC-nin Mərkəz Filialı Kodu: 200026 VÖEN: 9900003611 M/H: AZ37NABZ01350100000000001944 S.W.I.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 20 000 000 (iyirmi milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması. - iddiaçı şirkətin analoji işlərə uyğun elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işləri üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları). Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 iyul 2023-cü il saat 15:00-a qədər, bank təminatını, tender təklifini isə 02 avqust 2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına, "Azərenerji" ASC-nin Ümumi şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri 03 avqust 2023-cü il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır. Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların elektron poçt ünvanlarına müraciət əsasında göndəriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.