"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən 8 ədəd (KSES) tikintisi layihəsi çərçivəsində spiral tikişli polad boruların daşınaraq satınalınması həyata keçirilib.
FED.az xəbər verir ki, satınalmanın qalibi “Azertexnolayn” MMC olub. Müqavilənin ümumi dəyəri 55 milyon 786,9 min manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.











