"Azərbaycan Dəmir Yolları" QSC 25 sentyabr 2024-cü il tarixində elan edilmiş VL11 seriyalı elektrovozun TL-2K1 dartı mühərrikinin təmiri üzrə açıq tenderdə iştirak üçün sənədlərin təqdimedilmə müddətinin uzadıldığını bildirir.
FED.az xəbər verir ki, ilkin sənədlərin təqdimedilmə müddəti 21 noyabr 2024-cü il saat 18:00-a qədər uzadılıb.
Tender təkliflərinin və təminatlarının təqdimedilmə müddəti 28 noyabr 2024-cü il saat 18:00-a qədər uzadılmışdır.
Təklif zərflərinin açılması 29 noyabr 2024-cü il saat 15:00-da baş tutacaq.
Əlaqələndirici şəxs: Rauf Hüseynov,
Telefonlar: +994 (12) 499 43 26,
+994 (55) 328 10 08.