“Azəralüminium” MMC “286 konteynerdə Gəncə - İstanbul marşrutu üzrə (qapıya təhvil şərti (Tuzla, Gebze, Koçaeli (Asiya tərəf)) dəmir yolu ilə 7900 ton və 444 konteynerdə Gəncə - İstanbul marşrutu üzrə (qapıya təhvil şərti (Tekirdağ, (Avropa tərəf)) dəmir yolu ilə 12210 ton ilkin alüminium külçələr yükünün daşıması.” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "ADY Konteyner" MMC (1403849201) olub. Şirkətlə 2 085 441 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 2 150 500 manat dəyərindəki “3000 ton ( 110 konteyner ) miqdarında bişmiş anod blokları yükünün Çinin “Qujing” dəmir yol stansiyasından Gəncə stansiyasına daşınmasın satınalması” (17.06.2022) tenderini və 2 902 790 manat dəyərindəki 3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing" şəhərindən dəmir yolu vasitəsi ilə Gəncə stansiyasına konteynerlərlə daşınması” (14.11.2022) tenderlərini də qazanıb.