“Azəralüminium” MMC “3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing" şəhərindən dəmir yolu vasitəsi ilə Gəncə stansiyasına konteynerlərlə daşınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi " ADY KONTEYNER " MMC olub. Şirkətlə 2 milyon 902 min 7900 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 2 milyon 150 min 500 manat dəyərindəki “3000 ton ( 110 konteyner ) miqdarında bişmiş anod blokları yükünün Çinin “Qujing” dəmir yol stansiyasından Gəncə stansiyasına daşınmasın satınalması” (17.06.2022) tenderini və 43 min 597 manat dəyərindəki “Poti-Gəncə istiqamətində müxtəlif materialların 20 ədəd 20 futluq və 5 ədəd 40 futluq konteynerdə d/y platformasında daşınması xidmətinin satın alınması” (06.06.2022) tenderlərini də qazanıb.