"Azəralüminium" açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Gəncə Alümnium Kompleksində məhsuldarlığı 35-40 m3/saat (debit), dərinliyi 150 metrə qədər olan 1 (bir) ədəd subartezian quyusunun layihələndirilməsi, qazılması və tamamlanması işlərinin satınalınması. (Yerinə yetiriləcək işlərin dəyəri faktiki iş həcmlərinə görə ödəniləcək) nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Müsabiqənin başlama tarixi və vaxtı: 25.05.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.06.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.06.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 30.06.2023 10:00
Çatdırılma yeri - Gəncə ş., Yevlax şosesi 53
Çatdırılma müddəti - 30 təqvim günü
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rizvan Əbdürrəhmanov, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994502503226
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd. Müvafiq orqan tərəfindən tender elanı tarixindən ən çox 30 gün əvvəl əldə edilmiş arayış olmalıdır.
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Şirkətin rəsmi blankında imza və möhürlü təqdim olunmalıdır)
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd (İmza səlahiyyəti olan şəxsin təyin edilmə əmri və şəxsiyyət vəsiqəsi pdf formatda)
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat (Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalıdır).
İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar ƏŞT-dakı (6.1.14 bəndində) cədvələ uyğun verməlidir
1) Nasos 10-65-150 "Livni" -1 ədəd 2) Bərkidici boru 273x6 mm təzə şovlu-150 mer 3) Su qaldırıcı boru 114x7 mm təzə şovsuz-130metr 4) Kabel Pm 25 - 450 metr 5) Şkaf 1 dəst 6) Qazma -150 metr 7) Artezain quyusunun layihələndirilməsi -1 ədəd