"Azəralüminium" MMC 208 iş günü ərzində 70 tonluq avtokran icarəsi xidmətinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Müsabiqənin başlama tarixi və vaxtı: 18.05.2023 17:20
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 09.06.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.06.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 21.06.2023 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elmir Vəliyev, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0502897433; 0222670540(daxili:1208)
Əsasən yüklə dolu çəkisi 55 tonadək olan, 20 futluq və 40 futluq, uzunluğu 12 metrədək olan, yüklə dolu konteynerlərin yüklənməsi və boşaldılması işlərinə cəlb ediləcəkdir. Kran operatorunun əmək haqqı, məişət şəraiti, operatorun səhər yeməyi, nahar və şam yeməyi , kasko və icbari sığorta , texnikanın yanacaq və sürtkü materialları, sərf materialları ilə təmini, texnikanın cari və əsaslı təmiri, texnikanın iş yerinə və geriyə daşınması qiymətə daxildir. Xidmət Gəncə şəhərində həyata keçiriləcəkdir. Ödəniş zamanı istirahət günləri və işdən ayrılmalar hesablanmayacaqdır. Texnika hər hansı səbəbdən işdən ayrılarsa, 24 saat ərzində İcraçı Sifarişçini müvafiq texnika ilə təchiz edəcək. İcarə günlərinin sayı maksimum 208 iş günüdür və bu miqdar maksimum həddir. Sifarişçi icarə xidmətini bu müddət ərzində 5 iş günü əvvəlcədən xəbərdarlıq etməklə birdəfəlik dayandıra və ya 22 iş gününədək fasilə verə bilər. Ödəniş müqavilə bağlandığı tarixdən etibarən hər təqvim ayı ərzində işlənmiş iş günlərinə nəzərən təhvil-təslim aktına əsasən həyata keçiriləcəkdir. |